“Qrupumuzun asan olduğunu qətiyyən düşünmürəm. Deyərdim ki, əksinə çətindir”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya millisinin baş məşqçisi Çezare Prandelli deyib.
Təcrübəli mütəxəssis AVRO-2016-nın püşkatması ilə bağlı fikirlərini açıqlayıb.
O bildirib ki, hələ rəqiblər haqqında o qədər də məlumatlı deyil: “Əgər söhbət Norveçdən gedirsə, bu komanda haqqında çox şey bilmirəm. Məlumatları dünya çempionatından sonra əldə etməyə çalışacağıq. Çünki hazırda bütün diqqətimizi mundiala yönəltmişik. Ancaq onu bilirəm ki, qrupumuzda inkişafda olan komandalar var”.
Qeyd edək ki, millimiz H qrupunda İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta yığmaları ilə mübarizə aparacaq.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza