Dadaşov meydana çıxdı, “Kayzerslautern” qələbə qazandı - FOTO
24.02.2014 - 11:09
Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in 23 yaşadək komandası qış fasiləsindən sonra Regionalliqada ilk rəsmi oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Kayzerslautern təmsilçisi səfərdə bunadək turnir cədvəlində eyni xala malik olduğu “Nekkarelts” klubunun qonağı olub.
Görüşdə qələbə qazanan tərəf qonaqlar olub – 2:0. Rüfət meydana 77-ci dəqiqədə daxil olub. O, Kristian Lenşi əvəzləyib. Məhz futbolçumuzun meydana daxil olmasından sonra “Kayzerslautern”in II komandası 83 və oyuna əlavə olunmuş dəqiqələrdə qol vuraraq qalib gəlib.
Qeyd edək ki, “Kayzerslauter”in U-23 komandası yarışdığı Regionalliqanın “Cənub-Qərb” zonasında hazırda 33 xalla VI pillədə qərarlaşıb.

- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0