Dadaşov oynadı, komandası IV pilləyə yüksəldi
17.03.2014 - 12:55
Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in 23 yaşadək komandası Regionalliqada XXIII turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, gənc “qırmızı iblislər” autsayder “Pfullendorf”un qonağı olub.
290 azarkeşin izlədiyi görüşdə qonaqlar 3:0 hesabı ilə qələbə qazanıb. Ötən tur 65-ci dəqiqədə meydana daxil olan Rüfət bu dəfə 76-da qazona ayaq basıb. O, yenə yarımmüdafiəçi olan Kristian Lenşi əvəzləyib.
Qeyd edək ki, ardıcıl 6 turdur ki, məğlub olmayan “Kayzerslautern”in II komandası turnir cədvəlində topladığı 40 xalla IV pilləyə yüksəlib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0