Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun yarımfinalında bu gün “Real”la keçirəcəkləri oyunla bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli KİV-ə danışan 43 yaşlı mütəxəssis realın mövsümün əvvəlinə nisbətən, indi daha güclü olduğunu deyib:
“Yaxşı göstəriciləri təvəzökarlıqla şərh edirik. Onlar böyük komandadır. Biz də yaxşı mübarizə aparırıq. La Liqanın VI turunda “Real”ı məğlub etmişdik. O zaman isə onlar yeni baş məşqçiləri ilə az matç oynamışdılar. İndi isə daha güclüdürlər”.
Argentinalı çalışdırıcı böyük komanda olmağın sirrini də açıqlayıb: “Mən olsam, “Real”la həmişə yoxlama oyunu keçirərdim. Ötən həftə dediyim kimi, ən yaxşılara qarşı nə qədər çox mübarizə apararsan, o qədər böyük olarsan”.
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ