“Qalatasaray”ın hücumçusu Didye Droqba “Çelsi” ilə oyun öncəsi jurnalistlərə açıqlama verib. Apasport.az saytının məlumatına görə, hücumçu yenidən Londonda olmaqdan xoşbəxt olduğunu vurğulayıb.
Droqba bildirib ki, tanıdığı simaları görmək onun üçün son dərəcə xoşdur: “Keçmiş komandama qarşı oynamaq çətindir. Keçmiş tərəfdarlarımı və komanda yoldaşlarımı görmək xoşdur. Amma mən professionalam və “Qalatasaray”ın şərəfini qoruyuram. Oğlum da bu gün “Qalatasaray”ın tərəfini tutacaq. Təbii ki, oyunda qalib gəlmək istəyirəm və komandam üçün çalışacağam”.
Droqba qol vursa sevinməyəcəyini bildirib: “Amma qalib gəlsək, xoşbəxt olaram. Ümid edirəm ki, səfər oyunlarında qalib gələ bilməmək xəstəliyindən qurtularıq. Amma bərabərlik də bizə bəs edə bilər”.
“Qalatasaray”da xoşbəxt olduğunu vurğulayan ulduz futbolçu “Çelsi” matçından qalib ayrılmaq istəyir: “Burada xoşbəxtəm və “Çelsi”yə qarşı ən yaxşı futbolumu göstərmək istəyirəm”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!