“Mühüm bir andır. Vacib tədbirə ev sahibliyi edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Bu gün “Hilton” otelində keçirilən UEFA Futzal Kubokunun “Dördlər finalı”nın püşkatma mərasiminə AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirovla yanaşı, baş katib də iştirak edir.
Tədbirdə çıxış edən Məmməmdov bildirib ki, “Dördlər finalı”nın Bakıda keçirilməsi ölkəmiz üçün mühüm hadisədir: “Etimada görə UEFA-ya minnətdarlıq edirik. Bakıda bundan öncə də möhtəşəm turnirlər keçirilib və keçiriləcək də. Əminəm ki, bu hadisə hər birinizin həyatında mühüm yer tutacaq”.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”