FİFA “Bakı” klubuna sərt şəkildə cəzalandıra bilər. Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb paytaxt təmsilçisinin ukraynalı sabiq futbolçusu Ruslan Leviqa ilə bağlı FİFA Mübahisələrin Həlli Palatasının tələbini yerinə yetirməməyidir.
Belə ki, ali futbol qurumu ötən ilin iyun ayında “Bakı” klubunun hazırda “Neftyanik-Ukrneft”in şərəfini qoruyan sabiq üzvünə olan borcunun, həmçinin məvacibi gecikdirdiyi üçün əlavə faiz ödənilməsi ilə bağlı qərar qəbul edib. Lakin “zolaqlılar” bu tələbi yerinə yetirmədiklərindən, Leviqanın agenti Andrey Bileyçuk bununla bağlı Palatanı məlumatlandırıb.
Rusiyalı həmkarlarımızın iddiasına görə, yaxın vaxtlarda “Bakı” klubu sərt şəkildə cəzalandırılacaq. Belə ki, paytaxt təmsilçisinin hesabından xal silinəcək və növbəti 2 “transfer pəncərəsi” zamanı futbolçu alınmasına qadağa qoyulacaq.
Qeyd edək ki, Ruslan Leviqanın “Bakı” karyerası uzun olmayıb. O, 2011-ci ildə transfer olunduğu komandada 6 ay keçirib və baş məşqçi Aleksand Starkovun istəyi ilə göndərilib.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb