Filippin millisinin heyətində dəyişiklik olunub. Apasport.az saytının məlumatına görə, martın 5-də yığmamızla Dubaydakı oyuna dəvət olunan 22 nəfərlik heyətdən 2 futbolçu çıxarılıb.
Belə ki, baş məşqçi Tomas Duli “Fulhem”ə məxsus olan, ancaq İngiltərənin “Kru Aleksandra” klubunda icarə əsasında çıxış edən qapıçı Nil Eteric və Hollandiyanın “Kambyur” klubunun yarımmüdafiəçisi Pol Malders zədəli olduqları üçün onları heyətdən çıxarıb. Hər 2 futbolçunun əvəzinə isə yerli klublarda çıxış edən qapıçı Patrik Deyto (Qrin Arçers Yunayted) və yarımmüdafiəçi Simone Rota dəvət olunub (Stallion).
Qeyd edək ki, Simone Rota italyanmənşəli futbolçudur. Karyerası boyu İtaliyanın aşağı dəstələrində çıxış edən 29 yaşlı futbolçu bu ildən doğulduğu Filippində oynayır. O ilk dəfə Filippin millisindən dəvət alıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə