“Milli komandanın Malayziya və Azərbaycanla oyunlarına çağırıldığım üçün Allaha dua edirəm. Məqsədim öz üzərimdə daha çox çalışıb komandadakı yerimi möhkəmlətməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Filippin millisinin futbolçusu Ruben Doktora deyib.
“Stallon” klubuna çıxış edən futbolçu martın 1-də Malayziya, 4 gün sonra Azərbaycanla keçiriləcək yoxlama oyunlarına çağırılam heyətdə yer alıb. Karyerasında cəmi 2 dəfə yığmaya dəvət alan Ruben 3-cü çağırışa sevindiyini bildirib: “Baş məşqçimiz Tomas Duli ilə söhbətimiz oldu. Onunla qarşıdakı matçlar və ümumilikdə yığma haqda danışdıq. Həyəcandan titrəyirdim. Eyni zamanda çox sevindim ki, baş məşqçimiz mənim oyunumu bəyənib”.
Qeyd edək ki, Azərbaycan – Filippin oyunu BƏƏ-nin Dubay şəhərində keçiriləcək.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə