Gökdəmirin komandasından darmadağın
09.02.2014 - 21:12
Azərbaycan millisinin futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu “Elazığspor” klubu növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, “Qakqoşlar” Türkiyə Superliqasının XX turu çərçivəsində doğma azarkeşləri qarşısında “Kayserspor”la üz-üzə gəlib.
Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 22 yaşlı müdafiəçimiz isə oyuna 87-ci dəqiqədə daxil olub. O, Onur Ayıkı əvəzləyib.
Qeyd edək ki, hazırda “Elazığspor” 19 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşır.
0
0