“Bütün futbolçularımı təbrik edirəm. Yenə də oyunu 10 nəfərlə başa vurduq. Buna baxmayaraq, sona kimi qələbə qazanmağı düşündük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Güvənc Kurtar deyib.
Türkiyəli çalışdırıcı Topaz Premyer Liqasının XXIV turunun AZAL-la ev oyunundakı 1:0 hesablı qalibiyyəti dəyərləndirib: “Cərimə zərbəsindən qol vurduq. Rəqib çox intizamlı oynayır. Məğlub olduğu oyunlarda belə yaxşı oyun göstərir. Qalib gəlmək gözəl hissdir. Demək olar ki, rəqibə qol imkanı vermədik. Bunu müsbət hal kimi dəyərlənidirirəm. Bundan sonrakı oyunlarda rəqiblərə qarşı daha rahat oynamalıyıq. Futbolçularda uzun zamandır qalib gələ bilməməyin yaratdığı psixoloji təsir var. Yerli futbola dəstək verməyə çalışırıq. Heyətimizdə beş gənc futbolçu vardı. Bu gün onlardan üçünü oynatdıq. Çoxlu qol buraxdığımız üçün oyunu müdafiədən qururuq”.
Mənbə: pfl.az
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə