“Qalatasaray” və Rumıniya futbolunun canlı əfsanəsi Georgi Hacının oğlu “Cim-Bom”un şərəfini qorumaq istəyir. Apasport.az saytının məlumatına görə, kiçik Hacı bu barədə transferi ilə bağlı danışarkən deyib.
“Qalatasaray” başqanı Ünal Aysalın da komandaya cəlb etmək istədiyi 15 yaşlı futbolçu “Qalatasaray” formasını sevə-sevə geyəcəyini vurğulayıb. Hazırda Rumıniya “Konstanta”sının gənclər komandasında oynayan Lanis Hacı karyerasına birinci liqada başlayacağını vurğulayıb: “Amma Rumıniyada ancaq atamın da oynadığı Buxarest “Dinamo”su və “Konstanta”da oynaya bilərəm. Sonra isə xaricdə oynamaq istəyirəm. Çempionlar Liqası həyəcanı yaşamaq arzusundayam. İstanbulda doğuldum. “Qalatasaray”a gedərəm. Çünki orada komanda ruhu var”.
Qeyd edək Ki, Türkiyədə doğulan kiçik Hacının həm də Türkiyə vətəndaşlığı var.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!