İbrahimoviç rekord qırdı
18.03.2014 - 05:58
“Pari Sen-Jermen”in hücumçusu Zlatan İbrahimoviç komandasının rekordunu qırıb. Apasport.az saytının məlumatına görə, yeni rekord Fransa çempionatında “Sent-Etyen”lə matça təsadüf edib.
İbrahimoviç bu oyunda 2 qol vurub və komandasının qələbəsini təmin edib. 32 yaşlı isveçli hücumçu bu mövsüm “PSJ”nin tərkibində Fransa çempionatında 25, bütün turnirlərdə isə 40-cı qoluna imza atıb. Bu, komada tarixində yeni rekorddur. “PSJ”nin əvvəlki məhsuldarlıq rekordu 1977-1978-ci illərdə komandanın heyətində çıxış edən Karlos Byankaya məxsus olub.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0