Sabah Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 11 ölkə təmsilçisinin çıxış edəcəyi ilk oyunlar iki müxtəlif vaxtda keçiriləcək.
Bakı vaxtilə saat 22:00-da başlayacaq 3 qarşılaşmadan ən maraqlısı Portuqaliyada baş tutacaq. Kuboku qazanmağa iki real namizəd “Porto” ilə “Napoli” ilk duelə çıxacaq. Portuqaliyanın digər klubu “Benfika” da çətin sınaq qarşısındadır. Lissabon klubunu mübarizəni davam etdirən yeganə İngiltərə təmsilçisi “Tottenhem”lə səfər oyunu gözləyir.
Digər qarşılaşmalara gəlincə isə İspaniya və İtaliya klublarının duellərinə də maraq böyükdür. Düzdür, “Yuventus” “Fiorentina” ilə görüşün favoriti də saymaq olar. Bu komandalar 1990-cı ildə UEFA kubokunun finalında da üz-üzə gəlmişdi. İspaniyada isə eyni şəhərin təmsilçiləri Sevilya derbisinə çıxacaq. Burada “Sevilya” ilə “Betis” kubok qazanmaq iddialarının nə qədər böyük olduğuna aydınlıq gətirəcək.
Avropa Liqası, 1/8 final, ilk oyunlar
13 mart
22:00. “Ludoqorets” (Bolqarıstan) - “Valensiya” (İspaniya)
22:00. "Bazel" (İsveçrə) - “Zalsburq” (Avstriya)
22:00. "Porto" (Portuqaliya) - "Napoli" (İtaliya)
00:05. “Lion” (Fransa) - Viktoriya” (Çexiya)
00:05. “Tottenhem” (İngiltərə) - "Benfika" (Portuqaliya)
00:05. "Yuventus" (İtaliya) - “Fiorentina” (İtaliya)
00:05. “Sevilya” (İspaniya) - “Betis” (İspaniya)
00:05. "Alkmaar” (Hollandiya) - “Anji” (Rusiya)
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”