Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin karyerasını davam etdirəcəyi klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı qapıçı “Qəbələ”yə keçib. Bir müddət əvvəl “Bakı”dan ayrılan qolkiper əyalət təmsilçisi ilə yaxın günlərdə müqavilə imzalayacaq.
Belə ki, klubun baş meneceri Zaur Əzizovun apasport.az saytına verdiyi məlumata görə, Kamranın keçidi böyük ölçüdə həll olunub. Ağayev iki eyni səviyyəli əcnəbi qapıçıya malik komandada yerli əlcək sahibi olacaq. Millimizin üzvü polşalı David Petrzkieviç və braziliyalı Dieqo Kosta ilə rəqabət aparmalıdır.
Əzizov onu da bildirib ki, Rusiya milli komandasının sabiq futbolçusu Marat İzmaylovun da keçidi həll olunub. Portuqaliya “Porto”sunun futbolçusu mövsümün sonunadək icarə əsasında “Qəbələ”də oynayacaq.
Menecer “Qəbələ”yə keçəcəyi haqda xəbərlət yayılan digər rusiyalı Diniyar Bilyaletdinovun transferində də münasibət bildirib. Əzizov bu məsələdə maraqlı olmadıqlarını qeyd edib.
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO