[b]Kaue: Məqsədim Avroliqanın qrupunda oynamaqdır[/b]
14.06.2014 - 11:02
[b]Kaue: Məqsədim Avroliqanın qrupunda oynamaqdır[/b]

“Komandada uyğunlaşma prosesini nisbətən yaxşı keçirirəm. Çünki burda həmyerlim Denis Silva və digər braziliyalılar var. Denislə bura gəlməmişdən öncə də komanda haqqında söhbətim olmuşdu”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Kaue deyib.

Yeni komandasının Bolu hazırlıqlarında iştirak edən “Vasluy”un sabiq futbolçusu “Neftçi”yə gəlişi haqqında danışıb. Braziliyalı futbolçu Rumıniya klubu ilə düşə bilmədiyi Avroliqanın qrupuna “Neftçi” ilə məqsədinə çatmaq istədiyini bildirib: “Hazırlıq çox yaxşı təşkil olunub. “Neftçi” yaxşı komandadır. Əlimdən gələni edəcəyəm ki, komandaya yeni mövsümdə köməyim dəysin. Avroliqada oynamaq hamı – həm “Neftçi”, həm də futbolçular üçün vacibdir. Çünki futbolçular Avropada oynayanda onlar üçün də qapılar açılır. 2 il əvvəl biz də “Vasluy” ilə Avroliqada oynamışdıq, ancaq qrupa düşə bilməmişdik. Ona görə də məqsədim Avroliqanın qrupunda oynamaqdır”.

Qeyd edək ki, Rumıniyanın gümüş mükafatçısı kimi 2013/14 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsinə qatılan “Vasluy” “Fənərbaxça” tərəfindən kənarlaşdırılmışdı. Avroliqanın pley-off mərhələsində isə Kauenin komandasının qarşısını “İnter” kəsmişdi.

 

0