Kaxaber Sxadadze: Qələbə qazansaydıq...
28.02.2014 - 18:43
“Komandamın oyunundan razıyam. Rəqib bərabərlik qolunu tez vurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakı “İnter”inin baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XXIV turunun “Xəzər Lənkəran”la səfər oyunu (1:1) haqda fikirlərini açıqlayıb: “Xəzər Lənkəran” ikinci hissədə yorğun görünürdü. Bunun nəticəsində əks-hücumlarda qol vurmaq imkanlarımız oldu. Lakin onların heç birindən istifadə edə bilmədik. “Xəzər Lənkəran”la səfərdə heç-heçə etdik. Bu da pis nəticə deyil. Amma qələbə qazansaydıq 3-cü pillədə olacaqdıq”.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0