Bir dönəm “Barselona”nın da şərəfini qorumuş Seydu Keyta yenidən İspaniya La Liqasına qayıdıb. Apasport.az klub saytına istinadən xəbər verir ki, “Valensiya” 34 yaşlı yarımmüdafiəçini heyətinə qatıb.
Çinin “Dalyan Aerbin” klubunda xoşbəxt olmadığını deyən malili futbolçu La Liqa təmsilçisi ilə mövsüm sonuna qədər müqavilə bağlayıb. Sözləşməyə əsasən, əgər Keyta çıxışı ilə özünü yaxşı tərəfdən göstərə bilsə, mövsüm sonun onunla müqavilənin vaxtı uzadılacaq.
Qeyd edək ki, Mali millisinin üzvü Çin təmsilçisində 28 matça çıxıb və 6 qol vurub. O, 2008-2012-ci illər ərzində Kataloniya klubunda çıxış edib.
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO