“Atletiko Madrid”in qapıçısı Tibo Kurtua “Çelsi” ilə müqaviləsi başa çatandan sonra “Real”a keçəcəyi ilə bağlı şayiələri təkzib edib. Apasport.az saytının məlumatına görə, bundan əvvəl Kurtuanın 2016-cı ildə “Real”a transfer olunacağı barədə xəbərlər yayılmışdı.
Kurtua yayılan xəbərləri axmaqlıq adlandırıb: “Mən başqa kluba keçdiyim barədə “Atletiko”nun baş direktoru Miqel Marinə heç nə deyə bilməzdim. Mənim başqa klublarla heç bir razılaşmam yoxdur. Hamı bilir ki, mənim “Çelsi” ilə müqaviləm var və “Atletiko”da məni hər şey qane edir”.
Tibo Kurtua “Çelsi”yə 2011-ci ildə keçib və sonra “Atletiko”ya icarəyə verilib. O, Madrid klubu ilə bir yerdə Avropa Liqasını, İspaniya Kubokunu və Avropa Superkubokunu udub.
Bəzi məlumatlara görə, “Atletiko” bu yay Kurtuanı “Çelsi”dəq almaq üçün növbəti dəfə cəhd göstərəcək.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”