“Çelsi”yə həddən artıq hörmət göstərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini “Çelsi” ilə oyundan sonra İstanbulda təşkil olunan mətbuat konfransında deyib.
O, Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşündəki London klubu ilə 1:1 hesablı heç-heçəni dəyərləndirib.
Mançini komandasının səhvlər etdiyini də bildirib: “İlk 20 dəqiqə ərzində 4-5 böyük səhvlərimiz oldu. Amma ikinci hissə oyunun idarəsini ələ keçirdik. Qələbə üçün daha çox çalışmalı idik. Lakin alınmadı. Mərhələ adlamaq üçün səfərdə daha çox çalışmalıyıq”.
İtaliyalı mütəxəssis İzzət Hayroviçə start heyətdə şans verməsi və birinci hissədə onu əvəzləməsi ilə bağlı da danışıb: “Yekta ilə oyuna başlamağı düşündüm, amma çox hücumameyilli ola bilərik deyə bu addımı atmadım. Bir futbolçu dəyişikliyi 4-5 oyunçuya təsir edə bilir. Bu səbəbdən də Hayroviçi seçdim”.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə