Maskerano da gedir…
15.03.2014 - 06:43
İtaliyanın “Napoli” futbol klubu “Barselona”nın müdafiəçisi Havyer Maskeranonu əldə etməyə çalışır. Apasport.az saytının məlumatına görə, italiyalılar 29 yaşlı argentinalının agenti ilə danışıqlara başlayıblar.
Əgər hər şeyə yaxşı getsə, “Napoli” Maskeranonu Braziliyada keçiriləcək dünya çempionatına kimi əldə edəcək. İtaliyalılar çempionatdan sonra müdafiəçinin qiymətinin artacağından qorxurlar.
Xatırladaq ki, Havyer Maskerano dəfələrlə “Barselona”nı tərk etmək və keçmiş baş məşqçisi, hazırda “Napoli”ni çalışdıran Rafael Benitesin yanında oynamaq istədiyini bildirib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0