“Neftçi”nin yayda heyətinə qatdığı Melvin Platye komandanı birdəfəlik tərk edib. Apasport.az saytının əldə etdiyi məlumata görə, Hollandiyanın NEK klubundan transfer olunan 25 yaşlı futbolçu burda olduğu müddətdə özünü doğrulda bilməyib.
İsveçin elita təmsilçisi, vaxtı ilə milli komandamızın hücumçusu Anatoli Ponomaryovun 2005-2006-cı ildə çıxış etdiyi “Kalmar”dan gələn təklif “Neftçi” üçün göydəndüşmə olub. Belə ki, hollandiyalı hücumçunun müqaviləsi mövsümün sonuna kimi qaldığından, Platye Kalmar təmsilçisinə icarəyə verilib. Bu isə o deməkdir ki, Melvin bir daha “Neftçi”də forma geyinməyəcək. Yeri gəlmişkən, bu keçiddə hazırda FİFA meneceri kimi ölkəmizi təmsil edən Ponomaryovun rolu olması ehtimal edilir.
Qeyd edək ki, Melvin Platye “Neftçi”də 14 çempionat oyununa çıxıb və penaltidən 1 qol vurub. Onun yeni klubu isə ötən mövsümü IV pillədə başa vurub.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!