Messi Ronaldudan çox qazanmaq istəyir
19.03.2014 - 03:55
“Barselona” rəhbərliyi və komandanın hücumçusu Lionel Messi məvacib məsələsində razılığa gələ bilmirlər. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu məvacibinin artırılmasını tələb edir.
Messi hazırda dünyanın ən yaxşı futbolçusu sayılmasına baxmayaraq, “Real”dakı əzəli rəqibi Kriştianu Ronaldudan daha az pul alır. Argentinalı hücumçu klub rəhbərliyindən məvacibinin ildə 25 milyon avroya qaldırılmasını istəyir.
Messi və onun ətrafındakılar güman edirlər Ki, hətta braziliyalı Neymar belə “Barsa”da ildə 20 milyon avro alır.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0