Millimiz ABŞ yığması ilə qarşılaşacaq
06.03.2014 - 10:35
Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri mayın 27-də ABŞ yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Bu matç San-Fransisko şəhərində keçiriləcək. Oyunun başlanma saatı və stadion isə hələ dəqiqləşməyib.
Qeyd edək ki, hazırda FIFA-nın reytinq cədvəlində 13-cü pillədə olan ABŞ milli komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.
Mənbə: affa.az
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0