Türkiyə Superliqasının XXIII turunda milli futbolçularımızın komandaları üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” doğma azarkeşləri önündə Ali Gökdəmirin yeni keçdiyi “Elazığspor”u qəbul edib.
Görüş gözlənilmədən “Sivasspor”un 1:3 hesablı yenilgisi ilə başa çatıb. Hər 2 futbolçumuzun bu görüşdə bir-birinə qarşı oynaması isə mümkün olmayıb. Belə ki, Özkara ilə Gökdəmir matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib. Bununla da “Sivasspor”un ilk “3-lüy”ə düşmək şansı bir qədər də çətinləşib. “Elazığspor” isə aşağı dəstəyə düşmə zonasından uzaqlaşıb.
Qeyd edək ki, Gökdəmirdən fərqli, millinin Dubay toplanışına çağırılan Özkara bu matçdan sonra BƏƏ-yə yollanıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə