Millimizin futbolçusu evdə məğlubiyyətə üzüldü
17.03.2014 - 09:05
Azərbaycan millisinin futbolçusu Tuğrul Erat Almaniya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, milliləşən legionerimiz II Bundesliqanın XXV turunun iştirakçısı olub.
Eratın şərəfini qoruduğu Düsseldorf “Fortuna”sı öz meydanında “Sankt Pauli”yə uduzub – 0:2. Tuğrul start heyətində meydana çıxdığı qarşılaşmanı əvəzolunmadan keçirib.
Qeyd edək ki, hesabında 32 xal olan “Fortuna” 25 turdan sonra 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0