21 yaşadək futbolçulardan ibarət millimizin seçmə mərhələdə rəqiblərindən olan Norveç yığması yeni baş məşqçisi Leyf Qunnar Smerudun rəhbərliyi altında ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar Marbelyada Rusiya ilə yoldaşlıq matçına çıxıb.
Görüş bol qollu şəraitdə keçib və rusların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Skandinaviya təmsilçisindən qolları Veton Berişa (35) və Elbasan Raşani penaltidən (89) vurub.
Norveç Rusiyaya qarşı bu heyətlə oynayıb: Rosbaç (Yohansen, 46), Haraldseyd, Qronner, Valsvik (Byörnbak, 66), Qröqaard, Ovenstad (Berntsen, 66), Ulvestad (Raşani, 66), Valon Berişa (k) (Svensson, 71), Elyunussi, Veton Berişa (Qulbrandsen, 61), Bakenqa (Vikheym, 61).
Qeyd edək ki, Norveç millimizin seçmə mərhələnin növbəti oyunundakı rəqibidir. Komandamız iyunun 1-də vikinqləri doğma azarkeşləri önündə qəbul edəcək.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə