Müller: Almaniyada çempionluq mübarizəsi başa çatıb
02.03.2014 - 16:43
Almaniyanın futbol üzrə “Bavariya2 komandasının yarımmüdafiəçisi Tomas Müller klubunun çempionluq şanslarını dəyərləndirib. Apasport.az-ın məlumatına görə, “Şalke” üzərində 5:1 hesablı qələbədən sonra Müller çempion olacaqlarına əmin olduğunu bildirib.
“Açığını desək, çempionluq uğrunda mübarizə başa çatıb. Yəqin ki, bizim qalan müddətdə bu qədər oyunu uduzacağımıza heç kim inanmır. Özü də elə bir zamanda ki, biz bir oyun belə məğlub olmamışıq” - deyə, Müller fikrini açıqlayıb.
Qeyd edək ki, hazırda “Bavariya” ikinci yerdə gedən Dortmund “Borussiya”sını düz 20 xal qabaqlayır.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0