“Arsenal”ın Çempionlar Liqasının 1/8 finalının cavab görüşündə dizindən zədələnən türk əsilli ulduzu Məsut Özil pis xəbər alıb. Apasport.az saytının məlumatına görə, həkimlər onun ən azı 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.
Müayinə zamanı Özilin diz bağlarında dartılma olduğu müəyyən edilib. Zədə üzündən Uilşer və Valkotun xidmətindən məhrum olan “Arsenal” Özili də itirməklə ciddi problem yaşayacaq. Türk futbolçu “Tottenhem” və “Çelsi” ilə vacib görüşlərdə, eləcə də “Suonsi Siti” və “Everton”la qarşılaşmalarda komandasına kömək edə bilməyəcək. Onun ən yaxşı halda aprelin 12-də “Uiqan”la kubok oyununda iştirak edəcəyi bildirilir.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”