Pantiç “Bakı”nı “Barselona” ilə müqayisə etdi
22.02.2014 - 15:03
“Əvvəlki oyunların ardı olaraq, “İnter”lə görüş də ağır olacaq. Xüsusilə, onlarla oyunda rəqabət daha qabarıq hiss olunur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.
“Bakı” sabah Topaz Premyer Liqasının XXIII turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq. Oyunöncəsi son məşqini keçirən serbiyalı mütəxəssis qarşılaşma haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “İnter” son saniyəyə kimi döyüşən komandadır. Digərlərindən fərqli, rəqibin taktiki sxemi özəlliyi ilə seçilir. Amma bütün bunlar bizim məqsədimizi dəyişmir. Açığı, lap “Barselona” da öncədən qələbə qazanmağa söz vermir. Lakin biz “Böyük oyun”un iştirakçılarının ardından, “İnter”i də yenmək əzmindəyik. Sadəcə, son dəqiqəyə qədər döyüşəcəyimizə söz verirəm. Kapitan Rauf Əliyevin meydana çıxmayacağı bizi çox narahat edir. Marius Pena da sabah bizimlə olacaq. Ancaq meydana çıxacaq heyəti hələ müəyyənləşdirməmişəm”.
Qeyd edək ki, “İnter” – “Bakı” matçı saat 16:00-da başlayacaq. Qonaqların kapitanı Rauf Əliyev sonuncu turda sarı vərəqə alaraq cəzalı duruma düşdüyü üçün paytaxt derbisində forma geyinə bilməyəcək.

- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0