Braziliya yığmasının əfsanəvi futbolçusu Pele millinin Dünya Çempionatına hazırlığı barədə danışıb. Apasport.az saytının məlumatına görə, Pele yığmanın uğurunun “Barselona”nın hücumçusu Neymardan asılı olacağını vurğulayıb.
Onun fikrincə, tarixdə ilk dəfə Braziliya yığmasında müdafiə xətti hücum xəttindən üstündür: “Adətən dünya çempionatlarında komanda qol vuran yaxşı hücumçulara malik olur. Amma indi Braziliya yığması hücumların təşkili zamanı problemlə üzləşir. Buna görə də, Neymar komandanın vacib hissəsi olacaq. O, mundialda ilk dəfə iştirak etdiyindən, böyük təzyiqlə üzləşəcək”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!