“Çelsi”nin qapıçısı Petr Çex “Liverpul”un İngiltərə çempionatında liderliyini şərh edib. Apasport.az saytının məlumatına görə, çexiyalı qapıçı “qırmızıların” bütün mövsüm boyu normal təzyiq görmədiklərini vurğulayıb.
“Heç kim mövsümün əvvəlində “Liverpul”dan belə şeyi gözləmirdi. Bütün mövsüm boyu lazım qədər təzyiq görmədiklərinə görə titul uğrunda mübarizədə liderdirlər. Görək yaxın oyunlarda bu təzyiqin öhdəsindən necə gələcəklər” - deyə, Çex “Çelsi” və “Liverpul” arasında keçiriləcək oyuna işarə edib.
Qeyd edək ki, İngiltərə çempionatının liderləri olan bu komandalar aprelin 27-də, Premyer Liqanın 36-cı turu çərçivəsində öz aralarında görüşəcəklər.
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
- Keyn "Bavariya" ilə "yola davam" dedi - RƏSMİ
- Dirk Kuyt gələcəyi barədə danışdı: “Burada qalmaq istəyirəm”