“AVRO-2016-nın seçmə mərhələsində çox güclü qrupa düşmüşük. Almaniya kimi yüksək səviyyəli komandadan 1 xal almaq da müsbət nəticə sayılır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Yaqelloniya” klubunun baş məşqçisi Pyotr Stokoviç deyib.
42 yaşlı mütəxəssis AVRO-2016-nın seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.
Stokoviç Polşa yığmasının 5-ci səbət komandalarından Azərbaycanla düşməməsinə sevindiyini gizlətməyib: “Cəbəllütariqlə qarşılaşmalarda isə təzyiq altında olacağıq. Hamı bu qarşılaşmalarda 2 qələbə gözləyəcək, biz isə heç kimin tanımadığı rəqiblə görüşəcəyik. Amma digər tərəfdən yaxşı ki, Azərbaycan və Qazaxıstanla eyni qrupa düşmədik. Çünki bu komandalarla səfər matçları əsl problemdir. Uzun səfər, həmin ölkələrin iqlimi, çətin relyef millimizə əlavə başağrı ola bilərdi. İndi isə İrlandiya və Şotlandiya kimi yaxşı tanıdığımız rəqiblərə qarşı oyunlara istədiyimiz kimi hazırlaşa biləcəyik”.
Qeyd edək ki, Polşa yığması D qrupunda Almaniya, Cəbəllütariq, Gürcüstan, Şotlandiya və İrlandiya ilə mübarizə aparacaq.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə