Portuqaliyalı əfsanə dünyasını dəyişdi
26.02.2014 - 23:32
Portuqaliyalı əfsanəvi futbolçu Mario Koluna 78 yaşında dünyasını dəyişib. Apasport.az-ın xəbərinə görə, bu barədə keçmiş yarımmüdafiəçinin bir vaxtlar şərəfini qoruduğu yerli “Benfika” klubunun rəsmi saytı məlumat yayıb.
Belə ki, Kolunanın ölümünə ağ ciyərindəki problemin səbəb olduğu bildirilir.
Qeyd edək ki, Portuqaliya millisinin kapitanı olmuş Mozambik əsilli futbolçu “Benfika” (1954-1970) və “Lill” (Fransa, 1970-1972) kimi klublarda çıxış edib. Həmçinin, o, Mozambikdə milli komandanın baş məşqçisi, futbol federasiyasının prezidenti və idman naziri olmuşdu.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0