15 ildi «Barselona»nın uğurları üçün çalışan Karles Puyol Kataloniya klubu ilə yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının xəbərinə görə, müdafiəçi, ümumiyyətlə futboldan getmək fikrindədi.
İllərdi diz qapağından əziyyət çəkən təcrübəli futbolçu bu haqda «El Mundo Deportivo»ya açıqlama verib: «Barselona» elə bir klubdu ki, burda çıxış etmək hamı üçün şərəfdi. Ancaq hazırkı vəziyyətdə fiziki yüklənmələri nəzərə alsaq, mənim üçün ən yaxşısı mövsüm başa çatan kimi futbolla vidalaşmaqdı”.
35 yaşlı veteran 1999-cu ildən «Barsa»nın əsas komandasında forma geyinir. Bu illər ərzində 391 matçda meydana çıxıb və 11 oyunda fərqlənib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə