“Xəzər Lənkəran”ın zədəli futbolçularının durumuna aydınlıq gəlib. Bu haqda apasport.az saytına məlumat verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun sözlərinə görə, kapitan Rahid Əmirquliyev ən yaxşı halda 3 həftədən sonra komandaya kömək edə biləcək.
Topaz Premyer Liqasının XXII turunun “Bakı” ilə görüşünün (0:2) 44-cü dəqiqəsində yerini Slavik Alxasova verən Əmirquliyev əzələsini dartıb. Həmin görüşdən sonra ayağında ağrılar hiss edən Elnur Abdullayevin durumu isə qənaətbəxşdir. Onun sadəcə AZAL-la matçı buraxacağını ehtimal etmək olar. Çünki Abdullayev bu komanda ilə oyunun hazırlıqlarında fərdi şəkildə məşq etməklə kifayətlənir.
XX turun “Neftçi” ilə oyununda (2:2) 24-cü dəqiqədə başından zədələndiyi üçün Ağabala Ramazanovla əvəzlənən Rasim Ramaldanovun durumu isə öncədən məlumdur. O, minimum 3, maksimum 5 həftə komandasına kömək edə bilməyəcək.
Bu isə o deməkdir ki, “Xəzər Lənkəran”ın 2 yığma üzvü olan Rahid Əmirquliyevlə Rasim Ramaldanov millinin BƏƏ təlim-məşq toplanışına aparılmayacaq. Çünki Dubay toplanışı martın 1-dən 5-dək davam edəcək.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza