Topaz Premyer Liqasında mövsümün 2-ci het-triki qeydə alınıb. Apasport.az saytının xəbərinə görə, “Qarabağ”ın futbolçusu Reynaldo Silva “Neftçi” ilə görüşdə 3 qol vurmaqla XXIV turun qəhrəmanı olub.
Braziliyalı yarımmüdafiəçi 4:1 hesablı səfər qələbəsinin əsas səbəbkarlarından birinə çevrilib. Cənubi amerikalıyadək cari mövsümdə yalnız 1 dəfə het-trik qeydə alınmışdı. 4-cü turun “Rəvan”la səfər görüşündə Baçana Sxadadze vurduğu 3 qolla “İnter”in 5:1 hesablı qələbəsinə töhfə vermişdi. Ötən ilin avqustun 25-də baş tutan həmin görüşdən sonra 1 oyunda 3 qol vuran olmamışdı.
Reynaldo həm də Azərbaycan çempionatlarında het-trik müəllifi olan 3-cü braziliyalı olub. Bunadək Premyer Liqada bu ölkədən olan futbolçuların 3 belə uğuru qeydə alınmışdı. “Olimpik”də çıxış edən Leandro Qomeş 2009-cu il martın 7-də “Bakılı”nı 3 dəfə məyus etmişdi. Azərbaycan çempionatında 2 het-trik edən yeganə braziliyalı isə 2005/06 mövsümündə “Turan” azarkeşlərini sevindirən Junivan Suares olmuşdu.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə