“Bavariya” futbol klubunun yarımmüdafiəçisi Arien Robben komandası ilə müqaviləni uzadıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı futbolçu daha 2 il üçün müqaviləyə imza atıb.
Robbenin müqaviləsi 2017-ci ildə başa çatacaq. 2009-cu ildə “Real”dan “Bavariya”ya keçən hollandiyalı yeni müqavilə imzalamasından şad olduğunu vurğulayıb: “Mən “Bavariya”nın heyətində yeni qələbələr üçün oynayacağam. Bu mənim Münhendə beşinci mövsümümdür və daha 3 il komandadayam. Yeni müqavilə mənim burada özümü necə xoşbəxt və rahat hiss etdiyimin ən yaxşı nümunəsidir. Gələcəyə optimist baxıram”.
30 yaşlı yarımmüdafiəçi Bundesliqada 98 oyun keçirib və bu müddətdə 55 qola imza atıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!