“Son illər Azərbaycanla bir neçə dəfə qarşılaşmışıq. Ötən il bu komandaya qarşı oynamışıq”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın qızlardan ibarət gənclər yığmasının (U-19) hücumçusu Elmira Piskunova deyib.
Martın 20-dən 31-dək Rusiyanın Soçi şəhərində ənənəvi “Kuban baharı” beynəlxalq turniri keçiriləcək. Bu turnirdə millimiz də iştirak edəcək. Komandamızın B qrupundakı rəqibləri meydan sahibi Rusiya, Rumıniya və İsrail milliləridir.
Hazırda komandasının Türkiyə hazırlıqlarında iştirak edən Piskunova isə verdiyi müsahibəsində millimizi tərifləyib: “Azərbaycan yaxşı rəqibdir. 2012-ci illə müqayisədə onların səviyyəsi qeyd olunacaq səviyyədə yüksəlib. O vaxt Azərbaycanla Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində üz-üzə gəlmişdik. Mən bildiyim qədərilə onların heyətində Almaniya klublarında oynayan futbolçular çıxış edir”.
“Çertanovo” klubunun 19 yaşlı hücumçusu qrupdakı digər rəqiblər haqqında isə bunları deyib: “Bizim komanda Rumıniya ilə 2 il əvvəl “Kuban baharı”nın 1/4 finalında oynamışdı. Təəssüf ki, onda biz penalti seriyasında məğlub olmuşduq. Bu da çox layiqli rəqibdir. İsrailə gəlincə, mən hələ ki bu yığma haqqında heç nə deyə bilmərəm. Ona görə ki əvvəllər onlarla qarşılaşmamışıq”.
Qeyd edək ki, millimiz Rusiya yığması ilə martın 22-si saat 18:00-da görüşəcək. Bütün görüşlər kimi, bu matç da “Sputnik-Sport” stadionunda keçiriləcək.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!