Azərbaycan futzal klubları Konstantin Yeryomenko kubokuna cəlb oluna bilər. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Mini Futbol Assosiasiyasının prezidenti Emil Əliyev açıqlayıb.
Başa çatan I Yeryomenko kubokunun yekunları ilə bağlı müsahibə verən qurum başçısı yarışın əhatə dairəsinin genişləndirilməsinə çalışdıqlarını bildirib: “İlk turnirin uğuru bizə gələcəyə əminliklə baxmaq imkanı verir. İndi bizim iştirakçıların sayının 12-yə qaldırılmasına bütün əsaslarımız var. Hazırda İran, BƏƏ, Qətər, Küveyt, Azərbaycan, Özbəkistan, Sloveniya federasiyaları ilə danışıqlar aparırıq. Mayın ikinci yarısında bu ölkələrin ən güclü klublarının nümayəndələri ilə birlikdə Moskvada yığıncaq keçirəcəyik. Orada iştirakçıların siyahısı dəqiqləşəcək və oktyabrda yarış start götürəcək”.
Qeyd edək ki, I Yeryomenko kubokunun qalibi adını gələn ay Bakıda keçiriləcək UEFA kubokunun “Dördlər finalı”na qatılacaq Qazaxıstanın “Kayrat” klubu qazanıb.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”