Rusiya Premyer Liqasında qış fasiləsi başa çatıb. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin” XX turda Mahaçqalada autsayder “Anji”nin qonağı olub.
Avroliqanın 1/16 final mərhələsinin cavab görüşündə “Betis”ə qarşı forma geyən Ruslan Abışov bu dəfə “18-liy”ə daxil edilməyib. Buna səbəb isə futbolçunun səhhətində yaranan problemdir. Belə ki, Abışov qripə yoluxub. Görüşə gəlincə, qarşılaşmanın 83-cü dəqiqəsində Aleksandr Buxarovun qolu “Anji”yə minimalhesablı qələbə qazandırıb.
Qeyd edək ki, “Rubin” turnir cədvəlində 24 xalla XI pillədə qərarlaşıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə