Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları ən məhsuldar futbolçuların cədvəlində heç bir dəyişikliyə səbəb olmayıb. Apasport.az saytının məlumatına görə, qapılara vurulan 7 qola imza atanların hamısı cari kubok yarışında ilk dəfə fərqlənib.
Bu üzdən də 1/16 və 1/8 finalda dubl müəllifi olan 7 oyunçu yarışın bombardirləri siyahısında kütləvi liderliyini davam etdirir. Bu “yeddilik”dən beşinin komandası meydana çıxsa da, bombardirlərin heç biri qol sayını 3-ə çatdırmayıb.
“Xəzər Lənkəran”ın malili yarımmüdafiəçisi Sadio Tounkaranın isə bunun üçün real şansı da olub. Lakin legioner “Araz-Naxçıvan”la səfər oyununda penaltidən istifadə edə bilməyib. Bununla, Sadio zirvənin tək sahibi olmaq şansını qaçırıb. Baş tutan oyunlarda penalti qaçıran digər futbolçu – Araz Abdullayevin sonradan qol sevinci yaşadığını da nəzərə alsaq, millimizin yarımmüdafiəçisi də “yeddiliy”ə qoşula bilərdi.
Kubokun bombardirləri
Aleksandr İaşvili, Asif Məmmədov (hər ikisi “İnter”), Vüsal Qarayev (“Rəvan”), Rəşad Eyyubov (“Simurq”), Elvin Adışirinli (“Şuşa”), Etame Mbilla, Sadio Tounkara (hər ikisi “Xəzər Lənkəran”) – hamısı 2 qol.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”