“Mən orada çörək yemişəm, heç vaxt “Rəvan”ın pis gününü arzulamaram”. Bu sözləri apasport.az saytına “Rəvan” klubunun sabiq baş məşqçisi Şahin Diniyev deyib.
47 yaşlı mütəxəssis “Rəvan”da böyük uğurlar qazanacağına əmin olmadığını bildirərək, yanvarın 4-də postunu tərk etdi. Aradan 1 ay keçəndən sonra onun sabiq komandası ilə bağlı fikirlərini bilmək maraqlı olardı: “Oradakı idarəçilərlə, futbolçularla, hər kəslə yaxşı münasibətim var. Kimsəyə kin saxlayan adam deyiləm. Komandanın xoş gününü görmək istəyirəm. Çempionat oyununda “Bakı”ya 1:5 hesabı ilə uduzduqları qarşılaşmaya baxmamışam. Ona gör d, nəsə deməyim düz çıxmaz. Bilirəm ki, toplanış dönəmində əziyyət çəkiblər, çalışıblar. İnşallah, istədikləri nəticələri əldə edərlər. Yeni baş məşqçiyə, komandaya uğurlar arzulayıram”.
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ