“Mən Deyan Kelharın oyununu bir neçə dəfə canlı izləmişəm. Xeyli müddətdir oyun praktikası az olsa da, əla formadadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniya futbolunun əfsanəsi Zlatko Zahoviç deyib.
Hazırda “Maribor” klubunda çalışan futbol veteranı “Qəbələ”nin müdafiəçisi Deyan Kelharın “Srvena Zvezda”nın maraq dairəsinə düşməsinə münasibət bildirib: “Onun keçidi Belqrad klubu üçün faydalı olacaq. Kelhar etibarlı oyunu və təkbətək mübarizələrdəki gücü ilə diqqət çəkir. Təcrübəsi və hava mübarizəsindəki oyunu da qeyd olunmalıdır. Düşünürəm ki, “Srvena Zvezda” rəhbərliyi ona maraq göstərməkdə düzgün addım atıb”.
Qeyd edək ki, Kelhar 2012-ci ildən “Qəbələ”də çıxış edir.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal