Türkiyə çempionatının I liqasında XXX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçularından yalnız Branimir Subaşiç meydana çıxıb.
Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” səfərdə “Adanadəmirspor”a məğlub olub – 2:3. Hücumçumuz bu qarşılaşmada 90 dəqiqə meydanda olub.
Ufuk Budakın çıxış etdiyi “Qaziantep BB” öz meydanında “Adanaspor”la bacarmayıb – 1:1. Zədədən sonra heyətə qayıdan yığmamızın müdafiəçisinin adı “18-liy”ə daxil edilsə sə, meydana daxil olmayıb.
Öz meydanında “Karşıyaka”ya 2:3 hesabı ilə uduzan “Dənizlispor” isə Saşa Yunisoğluya ehtiyac duymayıb. Müdafiəçimiz zədəli olduğundan bu dəfə də “18-liy”ə düşməyib.
Qeyd edək ki, Davud Kəriminin heyətində olduğu “Fəthiyəspor” bu gün “Manisaspor”u qonaq edəcək.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!