AZAL klubunun yeni baş məşqçisi Tərlan Əhmədovla müqaviləsinin detalları bəlli olub. Apasport.az saytı xəbər verir ki, uğursuz nəticələr səbəbi ilə istefaya göndərilən Vaqif Sadıqovu əvəzləyən 42 yaşlı çalışdırıcı ilə 2,5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Əhmədov 2006-2009-cu ildə formasını geyindiyi AZAL klubunda kapitan sarğısına daşıyıb. Karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan veteran futbolçunun sonuncu iş yeri “Neftçi” klubu olub. Paytaxt təmsilçisində baş məşqçi vəzifəsini müvəqqəti icra edən Tərlan bəy ötən ilin noyabr ayında Azərbaycan Superkuboku uğrunda matçda “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra postundan uzaqlaşdırılmışdı.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!