“Barselona”nın qapıçısı Viktor Valdes “Mançester Siti”yə keçə bilər. Apasport.az saytının məlumatına görə, artıq tərəflər arasında keçid şərtləri razılaşdırılıb.
Mövsümün sonunda Kataloniya klubunu tərk edəcəyi dəqiqləşən Valdes bundan əvvəl “Monako” ilə uğurlu danışıqlar aparıb. Bu zaman o, daha yaxşı təklif olarsa, bu təklifi nəzərdən keçirə biləcəyi ilə bağlı razılıq əldə edib. Nəticədə, “Mançester Siti” Valdeslə maraqlanıb. Onun ingilislərin təklifinə müsbət cavab verməsinin səbəblərindən biri kimi “Barselona”nın keçmiş idman direktoru Çiki Beqirstaynın bu komandada işləməsi göstərilir.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!