“Mançester Yunayted”in hollandiyalı hücumçusu Robin van Persi komandadan gedəcəyi barədə xəbərləri təkzib edib. Apasport.az saytının məlumatına görə, van Persi müqaviləsini uzatmaq istədiyini də bildirib.
Bundan əvvəl hollandiyalının rəhbərlikdən narazı olduğu və getmək istədiyi iddia edilirdi. Hücumçu mətbuatdakı xəbərləri təkzib edib: “Mən burada, bu klubda xoşbəxtəm. Mən 4 illik müqavilə bağlamışam. Müqaviləm 2 ildən sonra bitir. Amma mən bundan sonra da burada qalmaq istəyirəm. Mən mətbuatın yazdığı kimi deyil, bu cür etmək istəyirəm. Mən komanda yoldaşlarımdan, məşqçimizdən və onun köməkçilərindən razıyam”.
Van Persi “Mançester Yunayted”ə 2012-ci ilin avqustunda “Arsenal”dan keçib. O, bu mövsüm komandanın heyətində keçirdiyi 23 oyunda 14 qol vurub.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!