“Çox danışmaq istəmirəm. Futbolda belə oyunlar da olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XXIV turunun “Rəvan”la səfər oyunundakı 1:0 hesablı məğlubiyyəti dəyərləndirib: “Qapıçımız bir dəfə də olsun topun dalınca uzanmadı, amma məğlub olduq. Oyunumuzda olan səhvlərimizi düzəltməliyik. “Rəvan”ı qələbə münasibətilə təbrik edirəm. Sona kimi mübarizə aparıb, qələbə qazandılar. Əsas heyətimizdən 3 futbolçu yox idi, onlara bu gün ikisi də əlavə olundu. Gözlənilməyən nəticə oldu. Oyuna bir daha təkrar baxmaq lazımdır. 6-cı dəfədir ki layiq olmadığımız məğlubiyyəti alırıq”.
Sadıqov qapıçısı Kamal Bayramovun çıxışından da razı qaldığını bildirib: “Kamal Bayramovun oyununu qeyd etməliyəm. O, Sapelanı layiqincə əvəz etdi”.
Mənbə: pfl.az
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə