“Zenit” futbol klubu yeni baş məşqçisi Andre Villaş-Boaşa ildə 8,5 milyon avro qazanacaq. Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi komandaya martın 20-də rəsmən təqdim olunacaq.
Xatırladaq Ki, “Zenit” Villaş-Boaşla 2 illik rəsmi müqavilə bağlayıb. Müqavilə mart ayından qüvvəyə minir və 2014/2015 və 2015/2016-cı il mövsümləri üçün qüvvədədir. 36 yaşlı portuqaliyalı bu postda italiyalı Luçano Spalettini əvəz edir. Villaş-Boaş illik 8,5 milyon avrodan əlavə müəyyən nəticələrə görə əlavə bonuslar da əldə edəcək.
Portuqaliyalı mütəxəssis ötən ilin dekabrına kimi “Tottenhem”i çalışdırıb. O, komandasının “Liverpul”a 5:0 hesablı məğlubiyyətdən sonra vəzifəsindən kənarlaşdırılıb. Bundan əvvəl o, “Portu” ilə ölkə çempionatını, kubokunu və Avropa Liqasını qazanıb, eləcə də “Çelsi”də yarım illik işi müqabilində 32 milyon funt qazanıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!